“Synergy Group” ASC-yə daxil olan iki şirkətin ləğvi barədə qərar qəbul edilib. Contact.az-ın məlumatına görə, holdinqin ofisində bu qərarın səbəblərini şərh etməyiblər.
Ləğv edilən şirkətlərdən biri “Netsolutions” MMC 2011-ci il aprelin 1-də təsis edilib. İki təsisçisindən biri “Synergy Group” ASC-nin törəmə şirkəti olan “Sybernet” MMC-dir.“Sybernet” MMC 2004-cü ildə təsis edilib və ölkənin ən aprıcı IT şirkətlərindən biridir.
İkincisi, “Exclusive Dining” MMC 2012-ci ilin iyununda təsis edilib.
Qeyd edək ki, “Synergy Group” ASC 2010-cu ildən fəaliyyət göstərir Qrupa 30-a yaxın şirkət daxildir. 2013-cü ildə şirkətin gəliri 15,5 mln. manat, maliyyə zərəri 20 mln. manat olub.

Belə ki, Əşrəf Kamilovun həm də “AtaBank” ASC-nin 8%, “Bank VTB-nin (Azerbaijan)” 0,1% səhminə sahib olduğuna dair məlumatlar var. Daha maraqlı məqam isə odur ki, “Akkord Sənaye-Tikinti İnvestisiya Korporasiyası” ASC-nin 2012-ci il üçün auditor hesabatında qeyd olunub ki, faktiki olaraq bu şirkəti Əşrəf Kamilov idarə edir.
“Synergy Group” ASC-nin tərkibinə isə Azərbaycan Universiteti kimi böyük ali təhsil müəssisəsindən tutmuş, “Excelsior Hotel Shamkir”ə qədər, çoxlu sayda müxtəlif təyinatlı müəssisələr, şirkətlər daxildir.
Qeyd olunanlara əsasən ehtimal etmək olar ki, “Synergy Group” ASC ilə “AtaBank”ın, “Akkord”un sahibi eyni şəxs və ya eyni çevrədir. Nəzərə alsaq ki, mətbuatda “AtaBank”ın, “Akkord”un sahibi kimi Bakı klanının təmsilçilərinin adları çəkilir, onda “Synergy Group” ASC-nin eyni klana aid olduğu şübhə doğurmaz.

Və ya yaxud başqa bir fakt. “Synergy Group” ASC-nin rəsmi saytında Azərbaycan Universiteti onun subyektlərindən biri kimi qeyd olunur. Bu Universitetin Vergilər Nazirliyinin himayəsi altında olduğu isə hər kəsə məlumdur. Nə təsadüfdür ki, “AtaBank”ın da daxil olduğu “ATA HOLDİNQ”in yaradıcısi kimi vergilər naziri Fazil Məmmədovun adı çəkilir.

Yəni, şirkət şəxsən Fazil Məmmədovun adına olmasa da, onun nəzarətində olduğu şübhə doğurmur. Holdinqin müəssisələrinin bir hissəsinin onun doğma rayonunda yerləməsi də bununla bağlanılır
“Ataholding” ASC-nin 2011-ci il üçün hesabatında isə deyilir ki, həmin il bu şirkət (“Sybernet” MMC) nominal dəyəri ilə holdinqin başqa təsisçilərinə satılıb.
Onu da qeyd edək ki, “Synergy Group” ASC-nin adı bu yaxınlarda deputat Eldar İbrahimovun qardaşına məxsus “Kövsər Bank”ın səhmlərinin 38 milyon manata alması olə gündəmə gəlmişdi. Bu fakt da şirkətin arxasında iri oliqarxlardan birinin dayandığını göstərir...

Ancaq neftin qiymətinin düşməsi və Avropa Oyunları ilə bağlı büdcədə vəziyyətin mürəkəbləşməsi oliqarxların tikinti-təmir üçün şirkətlərinə ayırdığı pulların da kəsilməsinə və ya xeyli azalmasına səbəb olub. Onlar da əlavə xərcə düşməməkdən ötrü tikinti-təmir üçün "ehtiyatda saxladıqları" şirkətləri ləğv edir, fəaliyyətdə olanlarda isə ciddi ixtisarlar aparırlar. Bu günlərdə saytımızda "OLİQARXLARIN 100 MİLYONLARI TALAYAN ŞİRKƏTLƏRİ LƏĞV OLUNUR" başlığı ilə dərc olunan yazıda bu haqda geniş məlumat verilib. Böyük ehtimal ki, Fazil Məmmədova məxsus “Synergy Group” ASC-yə daxil olan iki şirkətin ləğvi də eyni səbəblə bağlıdır
Murad Məmmədov
AzPolitika.info.
.

Şərhlər