Menu

Bakıda qız özünü 16-cı mərtəbədən atdı

05.04.2015, 12:06
Bakıda qız özünü 16-cı mərtəbədən atdı

Bu gün səhər saatlarında intihar hadisəsi baş verib. Hadisə şahidlərinin ANS PRESS-in qaynar xəttinə verdikləri məlumata görə, Həzi Aslanov metrosu yaxınlığında gənc qadın binaya çıxaraq 16-cı mərtəbədən özünü ataraq intihar edib.

Hadisə Məhəmməd Hadi küçəsi 73 ünvanında yaşanıb. Şahidlər dəhşətli hadisənin təxminən 15-20 dəqiqə əvvəl özünü yerə atdığını deyirlər.

Özünü öldürənin təxminən 20 yaşlarında olduğu bildirilir.

Xətai rayon Polis İdarəsi 36-cı Polis Bölməsindən verilən məlumata görə, hal-hazırda polis əməkdaşları hadisə yerindədirlər, hadisə araşdırılır.

Qadının nə səbəbdən intihar etdiyi bilinmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol