Türkiyə mətbuatı ölkəni silkələyən antikorrupsiya əməliyaytı barədə hər an yeni məlumatlar yayır. Son məlumatlardan biri də həbs olunanlardan ikisinin – daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülərin və “Xalqbank”ın baş direktoru Süleyman Aslanın evində aparılan axtarış zamanı külli miqdarda pulun tapılması haqdadır. Məlumatlarda Barış Gülərin evindən tapılan pulların məbləği göstərilməsə də, bankirin evindən ayaqqabı qutularına yığılmış 4.5 milyon dolların tapıldığı deyilir. Türkiyə mətbuatı hər iki evdən axtarış zamanı çəkilmiş fotoları da yayıb.




Şərhlər