Menu

Rusiyanın atom sualtı qayığında yanğın

07.04.2015, 18:14
Rusiyanın atom sualtı qayığında yanğın

Hadisə "Zvezdoçka" gəmi təmiri zavodunda baş verib

Rusiyada atom sualtı qayıqda yanğın baş verib. Anspress-in məlumatına görə, hadisə Severodvinskdə yerləşən "Zvezdoçka" gəmi təmiri zavodunda baş verib.

Zavodda təmirə dayanan "Oryol" atom qayığında yanğın olub.

Əraziyə dərhal polis və yanğınsöndürənlər cəlb edilib. Yanğının nədən baş verdiyi açıqlanmır. İlkin versiyalara görə “Oryol” sualtı qayığının nüvə reaktorunda təhlükə olmadığı bildirilir.

Verilən xəbərə görə, təmirdə olan "Oryol" 949A sualtı gəmisinin anbar sektoru yanır. Ərazidə güclü tüstüləmə müşahidə olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol