"HAFKA" ƏLİNDƏN ALINAN BANKIN RƏHBƏRLİYİNƏ QAYTARILDI - Sensasiyalı QƏRARIN SİRRİ

“Bank of Azerbaijan”ın Müşahidə Şurasının (MŞ) sədri yenidən Hafiz Məmmədov olub. Bu barədə fins.az-a bankdan məlumat verilib. Məlumata görə, indiyə qədər bu vəzifəni tutan Mehman İsmayılov köhnə işinə qayıdıb. Xatırladaq ki, “Bank of Azerbaijan”ın səhmdarlarının 2014-cü il, mayın 22-də keçirilmiş iclasında bankın MŞ-nın sədri vəzifəsinə Mehman İsmayılov seçilmişdi. Cənab İsmayılov həmin vaxta qədər “Bank Technique”in Audit Komitəsinin sədri olub. O zaman “Bank of Azerbaijan”ın rəhbərliyində baş verən bu dəyişiklik Hafiz Məmmədovun bankının “Bank Technique”nin nəzarətinə keçməsi kimi qiymətləndirilirdi.

“Bank of Azerbaijan” MŞ-nın sədri dəyişsə də, İdarə Heyətinin (İH) rəhbərliyində dəyişiklik yoxdur. Bankın idarə edilməsi ilə yenə də Məhəmmədəli Aslanov məşğul olur. O da bankın səhmdarlarının ötən ilin mayında keçirilmiş iclasında bu vəzifəyə təyin olunub.

Qeyd edək ki, Hafiz Məmmədovun “Bank of Azerbaijan”ın Müşahidə Şurasının sədri postuna geri qayıtması son günlərin ən sensassiyalı xəbərlərindən biri sayıla biıər.

Məsələ ondadır ki, artıq xeyli müddətdir ki, "Hafka” ləqəbilə tanınan “Bakı” futbol klubunun və “Baghlan Group”un prezidenti Hafiz Məmmədov müflis olması, hansısa biznes obyektinin əlindən alınması haqda məlumatlarla mətbuatın gündəminə gəlirdi. Bu da təsadüfü deyildi. Əvvəllər ölkənin ən böyük iş adamlarından biri kimi tanınan, qeyri-rəsmi milyarder hesab olunan Hafiz Məmmədov, son bir il ərzində biznes və siyasət olimpində mövqelərini demək olar ki, tam itirdi. Bu haqda saytımızda gedən
Hafiz Məmmədov əlinudən alınan biznes strukturlarından biri də məhz onun vaxtilə Ziya Məmmədovdan dövr aldığı “Bank of Azerbaijan”dı. Məlumatlı çevrələr ötən ilin yayında “Bank of Azerbaijan”ın idarəçiliyinin və “Bakı” klubunun səhmlərinin böyük hissəsinin Beynəlxalq Bankdan götürdüyü bir neçə 100 milyon manat kreditin qarşılığı olaraq ondan alındığı bildirirdilər. Bankın Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin nəzarətinə verildiyi bildirilirdi.

Qeyd edək ki, təxminən 1 il əvvəl “AzPolitika.info” özəl mənbələrinə istinadən Beynəlxalq Bankın götürdüyü krediti geri qaytara bilməyən Hafiz Məmmədov məhkəməyə veridiyinə dair məlumat vermişdi. Oliqarxın külli miqdarda kredit götürüb qaytarmadığı “Nikoyl” bank da eyni addımı atmışdı...

Yeri gəlmişkən, elə həmin vaxt Hafiz Məmmədovun “Bank of Azerbaijan”ı  ağır vəziyyətə saldığına dair də məlumatlar da yayılmışdı. Belə ki, sonradan bankın İdarə Heyətinin sədri gətirilən Məhəmmədəli Aslanovun atası, millət vəkili Mahir Aslanov “Bank of Azerbaijan”ın borcunun 700 milyona çatdığını bildirmişdi: “Mən bank alanam? Dağılıb gedir ora. 700 milyon borcu var. Necə alım o bankı? O bankı almaq özünü həbsxanaya salmaq deməkdir.”

Qeyd edək ki, “Bank of Azerbaijan”ın əlindən alınmasına dair məlumatları Hafiz Məmmədovun özü də təkzib etməyib. Hətta bu yaxınlarda sağa-sola hədə yağdıran, yenidən mövqelərini qaytarmağa hazırlaşdığının anonsunu verən
Bu baxımdan Hafiz Məmmədovun “Bank of Azerbaijan”ın Müşahidə Şurasının sədri postuna geri qayıtması həqiqətən sensasiya sayıla bilər. Bunun səbəbi barədə dəqiq məlumatımız olmasa da, qərarın Cahangir Hacıyevin Bankın Beynəlxalq Bankın İdarə Heyətinin sədri postundan İSTEFA verməsindən sonraya təsadüf etməsi diqqətdən yayına bilməz. Bu iki hadisıə arasında hansısa əlaqə olduğunu 2 fakt da təsdiqləyir.

Birincisi,Bank of Azerbaijan”ın Hafiz Məmmədovdan məhz Beynəlxalq Bankdan götürdüyü bir neçə 100 milyon manat kreditin qarşılığı olaraq alındığı və Cahangir Hacıyevin nəzarətinə verildiyi bildirilirdi.

İkincisi, "Hafka"nın dönməyə hazırlaşdığına dair məşhur müsahibəsi məhz Cahangir Hacıyevin istfasından dərhal sonraya təsadüf edir.

Əlbəttə, bunlar bizim mülahizlərimizdir, başqa səbəblər də ola bilər. Bununla belə ölkə daxilindəki və xaricdəki bir çox əmlakı əlindən alınan müflisləşmiş oliqarxın “Bank of Azerbaijan”ı pulla geri qaytardığını və onun sahibinə çevrildiyini iddia etmək mümkün deyil. Təsadüfi deyil ki, Hafiz Məmmədov “Bank of Azerbaijan”ın Müşahidə Şurasının sədri gətirilsə də, İdarə Heyətinin rəhbərliyində heç bir dəyişiklik edilməyib. Bankın idarə edilməsi ilə yenə də Məhəmmədəli Aslanov məşğul olacaq.

Fikrimizcə, Hafiz Məmmədovun bu vəzifəyə təyinatı ilə bağlı qərar formal xarakter daşımaqla, onun üzərinə qoyulan bəzi işləri həyata keçirməsinə, necə deyərlər, kömək məqsədilə verilə bilər. Belə ki, bu yaxınlarda məlumatlı mənbələrdən “AzPolitika.info”ya bildirilmişdi ki, əvvəllər Hafiz Məmmədova məxsus biznes subyektlərindən əldə olunan gəlirdən ona ümumilikdə aylıq 1 milyon manat həcmində pay ayrılıb. Əvəzində isə Hafiz Məmmədovdan “Bakı” klubunun oyunçularına olan borclarını ödəmək, eyni zamanda klubun maliyyə problemlərinin həllində, idarəçiliyində iştirak etmək istənilib. Hətta bizə verilən məlumatda deyilirdi ki, “Hafka” bu vəziyyətdən son dərəcə narazıdır, “mən bu pulla nə edə bilərəm” deyə, narazılığını açıq şəkildə dilə də gətirib.

Ehtimal ki, Cahangir Hacıyevin istefasından sonra “Bakı” klubunun idarəçiliyi və sponsorluğu tam olaraq Hafiz Məmmədova həvalə edilib. Bunu həyata keçirmək üçün də Hafiz Məmmədovun rəsmi gəliri olmalıdır. Fikrimizcə, məhz buna görə Hafiz Məmmədov “Bank of Azerbaijan”ın Müşahidə Şurasının sədri postuna qaytarılıb. Yəqin ki, bundan sonra ona verilən "aylığın" da məbləği qaldırılacaq...

O ki qaldı “Bakı” klubunun və “Bank of Azerbaijan”ın faktiki sahiblərinin kimliyinə, bunu əslində Hafiz Məmmədov son müsahibəsində açıqlayıb. Sitat: "... həyatda belə dərs almamışdım, hamını tanıdım. Yanımda olan insanlar da çox oldu. Xüsusilə “PAŞA BANK” və “KAPİTAL BANK”a minnətdarlığımı bildirirəm. Onlar məni vəziyyətdən çıxardılar. Demək olar ki, bir çox borclarımı bağladılar. AFFA-nın “Bakı” klubuna ödədiyi vəsait isə "Paşa Bankın"ın bizə ayırdığı kredıtdır”.

Əlavə şərhə ehtiyac varmı?

Murad Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar