Təhsil sahəsinin ən böyük problemi komplektləşdirilmiş məktəblərin sayının az olmasıdır.
"AzPolitika" xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, 4400 məktəbimizin təxminən 1500-də şagird sayı 100-dən azdır: “Bu o deməkdir ki, sinifdə 7-8 şagird var. Məsələn, məktəbdə 1 dənə 6-cı, 7-ci, 8-ci sinif varsa, bu o deməkdir ki, o məktəbdə 7-8 saat kimya dərsi var. Çünki sinif yoxdur. Məsələn, Daşkəsən rayonunda bir şagirdə çəkilən orta xərc təxminən Bakıda olan özəl məktəbin qiyməti - 8500 manata qədərdir. Amma nəticə yoxdur. Əksinə, Bakıda 30-32 nəfər şagirdi olan məktəbdən biz daha yaxşı nəticə görürük. Önəmli məsələ müəllimin keyfiyyətidir. Sinifdə 1 uşaq olanda da, 30 uşaq olanda da dövlət 25 min manat pul xərcləyir. Bir uşağa o vaxt 25 min manat xərcləmək olar ki, orada nəticə var. Bizim belə 4 şagirdi, 4 sinfi, 32 müəllimi olan məktəblərimiz çoxdur. Uzun sözün qısası, rasionallaşmaya ehtiyac var, ağrılı proses olsa da biz buna getməliyik”.
Qeyd edək ki, qaz, su, iş yeri olmadığından kəndlərimiz sürətlə boşalır. Məktəblərin bağlanılması bu prosesi daha da sürətləndirəcək. Heç şübhəsiz, Emin Əmrullayev də bunu bilir. Ancaq görünür, bu, hörmətli nazirimizi elə də narahat etmir. Daha çox hansısa kənddə müəllimlərin az sayda uşağa dərs dediyi halda maaş (həm də nə maaş-red.) almasından narahat kimi görünür. Təəssüf...
"AzPolitika.info"

Şərhlər
Belə kadrların üzündən Azərbaycanda təhsil.səhiyyə və digər sahələr böhran halına salınıb...Bu isə gələcəyi katastrofa salan məsələdir.Bunu anlamaq vacibdir.
Əmrullayev ona verilən vzifədənn baş gicəllənməsi olub.Ona görə sayıqlamalarına fikir verməyin. bir də hansı nazir yerindəir ki?Hamısı füçədən kiminsə xahişi iə gətirilir fərman yazılı,kreslo zəbt edilir.İnanmırsınız dənəyin,hansı nazir tətin edilən nazirliyə uyğyn ixtiasına,əmək falittətinə,sahə üzrə təcrübəsinə əsasən təyin olunub?
Məgər həmin azsaylı qalmış UŞAQların ailələrinin məskunlaşması, təhsillə davamı-daşınması və tam ən azı 12-24 saylı (nümunə üçün) siniflərə cəlb edilməsinin Yerli İcta Hakimlərinə, Bələdiyyələrə, yerli müəssisələrin, digər təşkilatların heç birinə aid deyilmi? Nazirlik Elm, Təhsil verir hesabi büdcəyə uyğun!? Lütfən, Lenini, Stalini rahat yerlərindən qaldırıb, RUHlarını incitməyin?
Azərbaycançılıq hislərindən uzaq kadrların görəv başına gətirilməsi və onların bu aspektən olan dar düşüncələri bu gün əyalətlərdə kəndlərin boşalmasına əlavə bir təkandır. Zatən bu problem höküməti də narahat etmir. Şagird az olsa da əgər bir məktəbdə 32 müəllim dərs deyirsə bu o kənddə əlavə 32 ailənin qalması deməkdir. Bunlar da çıxanda kəndlər tamam boşalacaq. Cənab nazir bunun farkında olmaz. Çünki belələrində yenə də deyirəm.\ Azərbaycançılıq hisləri yoxdur.
Həqiqətən kənd məktəblərinin əksəriyyətində təhsil səviyyəsi (buna təhsil demək olarsa) 0-ın altındadır.
Hormetli nazirimiz Bakida olan təhsil muəssisələrində təhsilin keyfiyyətinə nəzarət etsə yaxşı olar, şagirdlərin 80-90 faizi repetitor yanina gedir, məktəblərin özündə əsasən yuxarı siniflərdə təhsil yoxdur.
Nazirimiz təhsildə muəllim və uşagirdlərin sayı ilə maraqlanır, əslində keçirilən dərslərin keyfiyyəti çox aşağıdır.
Hörmətli nazir kəndlərinboşalmas bizim faciəmizdir.çalçln ki kəndlər abad olsun. Kəndlər üçün
proqramlar edinkənd inkişaf etsin.Dahilərin çoxu indi xarabağlığa çevilən kəndlərdə doğlub.
Birləşdirirsiz məktəbləri ,sonra valideyinlər palçıqda ,qarda km yolları piyada məktəbə aparırlar ,hesabladığınız pullarla hər kəndə bir məktəbli avtobusu alsanız nəticəni görərsiz ,sizlər ancaq fikirləşirsiz ki ,necə edək pulu ( ? ) kəsək . Sahil Babayevdən öyrənirsiz ?
Möhtərəm nazir,bu məkrəblərə sərf edilən vəsait ölkə əhalisi vüçün maraq doğurmauan ,ıazımsız FORMULA-1 səef olunan vəsaitdən çoxdur? Axı bu məktəblərdə Azərbaycan xaıqının evladları təhsil alır.