“Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişikliklər edilib. Bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.
Dəyişikliyə əsasən, rayon (şəhər) məhkəməsi sədrinin müavini məhkəmə iclaslarına sədrlik edir, rayon (şəhər) məhkəməsinin sədri tərəfindən müəyyən edilmiş məsələləri həll edəcək. Bundan başqa, sədrin tapşırığı ilə onun ayrı-ayrı səlahiyyətlərini həyata keçirəcək və sədr olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədiyi müddətdə onu əvəz edəcək.
Bundan başqa, qanuna əsasən, hərbi məhkəmə və inzibati-iqtisadi məhkəmənin sədrinin müavinləri məhkəmə iclaslarına sədrlik edəcək və.s
Bununla bağlı Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilib.


Şərhlər