Türkiyədə övladları nəzarətə alınan nazirlərlə əlaqədar hökumətin davranışı AKP-çi millət vəkillərini rahatlayıb. Ərdoğanın müavinləri ilə apardığı yığıncaqdan sonra danışan baş nazir müavini Arınçın "Hökumətin korrupsiyadan yana olacağını kimsə gözləməsin " sözlərinə üzərinə vəkillər "Adımız ağ, alnımız ağ" deyə şərh veriblər .
Bildirilir ki, korrupsiya qalmaqalında adı keçən 4 nazir Ərdoğana şifahi olaraq isefaya hazır olduqlarını bildiriblər.
Arınçın danışmasını iqtidar kulisinde təqib edən "Yeni Şafak" qəzeti nin yazarı Abdülkadir Selvi bugünkü yazısında qeyd edib ki, cümə günündən sonra 7-12 arasında nazirin dəyişəcək.


Şərhlər