Menu

Temperatur enəcək: güclü külək, yağış, qar - Proqnoz

09.04.2015, 12:49

hava yagisGüclü külək aprelin 10-u və 11-də davam edəcək

Bakıda və Abşeron yarımadasında aprelin 10-da hava şəraitinin dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Axşama doğru yağış yağacaq. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8, gündüz 10-14 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarına gəlincə, sabah bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar və qar yağacaq. Ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi ərazilərdə güclənəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 13-18, dağlarda gecə 0-4, gündüz 4-7 dərəcə olacağı gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol