Menu

"Pavlov 15 Ukrayna əsirini şəxsən güllələyib"

09.04.2015, 17:27
"Pavlov 15 Ukrayna əsirini şəxsən güllələyib"

Donbasda əsirlərin öldürülməsinə dair təhqiqat aparılmalıdırıb

Beynəlxalq insan haqları təşkilatı Amnesty İnternational bəyan edib ki, o, hərbi əsirlərin şərqi Ukraynada özlərini müstəqil elan etmiş respublikaların silahlıları tərəfindən güllələnməsinə dair yeni faktlar aşkar edib.

Təşkilatın bu barədə bəyanatında deyilir ki, Rusiyameylli qruplaşmaların əsir alınmış Ukrayna hərbçiləri ilə rəftarı beynəlxalq normlara ziddir.

Amnesty bu cür rəftar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.

“Əsirlərə və yaralılara qarşı işgəncələr, təhqirlər və pis rəftar hərbi cinayətlər hesab edilir” – deyilir bəyanatda.

Amnesty İnternational təşkilatının insan haqları müdafiəçiləri deyirlər ki, onlarda Donetsk hava limanının müdafiəsi zamanı əsir düşmüş Ukrayana hərbçisi İqor Barovitskinin dindirilməsini göstərən videoyazı var. YouTube saytında yerləşdirilmiş videoda onun üzünə zərbələr endirilməsi görünür. Branovitski əsirlikdə öldürülüb.

Amnesty iddia edir ki, Branovitski DXR tərəfdarlarından biri tərəfindən yaxın məsafədən güllələnib. Əsgərin meyiti qohumlarına verilib. O, aprelin 3-də Kiyevdə dəfn olunub. Ukrayna xüsusi xidmətləri hazırda bu qətli araşdırır.

Bu həftənin əvvələrində daha çox “Motorola” ayaması ilə tanınan Arseni Pavlov “KyivPost” qəzetinə deyib ki, o 15 Ukrayna əsirini şəxsən “güllələyib”.

Amnesty İnternational əsirlərin videolarını və Donetsk ölüxanasında olan azı üç Ukrayna əsgərinin meyitlərinin fotolareını nəzərdən keçirib. Meyitlərin baş və döş nahiyələrində güllə dəliklərini görmək mümkündür. Hərbçilər 12 və 18 fevral tarixləri arasında “Debaltsevo qazanı” deyilən yerdə əsir düşüblər (BBC).

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol