Menu

Ərdoğan Yaponiya ilə atom sazişini təsdiqlədi

10.04.2015, 11:32
Ərdoğan Yaponiya ilə atom sazişini təsdiqlədi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə və Yaponiya arasında ikinci atom elektrik stansiyasının tikintisi ilə bağlı sazişi təsdiqləyib. Trend “Resmi Gazete”yə istinadən xəbər verir ki, bundan əvvəl Türkiyə parlamentində təsdiqlənmiş sazişə görə, 2023-cü ilə qədər Sinopda ikinci AES layihəsinin reallaşdırılmasını bitirmək nəzərdə tutulub.

Saziş 2013-cü ildə imzalanıb. AES-in ildə 40 milyard kilovatt/saat elektrik enerjisi istehsal edəcəyi bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol