Menu

Türkiyədə işsizlik, Kılıcdaroğlu və erməni «harsını»...

11.04.2015, 19:17
Türkiyədə işsizlik, Kılıcdaroğlu və erməni «harsını»...

Bizim qardaşlıq şarjı

Türkiyədə Cumhuriyyət Xalq Partiyası (CHP) parlament seçkiləri ilə bağlı ilk minqini bu gün «Kartal»da (İstanbul) sərgilədi. Bundan bir qədər əvvəl isə ölkə KİV-ləri xəbər yaymışdılar ki, CHP İstanbuldan millət vəkilliyinə bir erməni «harsını»nın namizədliyini irəli sürüb. O da xəbər verilir ki, sözügedən CHP-li «harsın» Türkiyədə «genosidçi» (qondarma erməni genosidi) çalışmaları ilə tanınır...

«Kartal»dakı mitinqdə çıxış edən partiya lideri Kılıcdaroğlu yüksək tribunadan belə bir «şüar» səsləndirdi ki, ölkəsində 6 milyon işsiz var və rəhbərlik etdiyi partiya Türkiyədə işsizliyə son qoymaq əzmindədir: «İşsizliyin kökünü kazıyacağız» və s.

Buradan belə çıxır ki, CHP İstanbuldan bir erməni «harsını»nı deputat seçdirib, onun dühasına və digər «qiymətli məziyyətləri»nə söykənərək, Türkiyə işsizlərini ağ günə çıxaracaq. Bu yerdə yenə də məşhur «Zenqo» yada düşür: «Halal olsun belə vəkilə!»

CHP lideri sayın Kılıcdaroğluna bir ismarıcım var. Qoy cənab, qonşu Ermənistana bir nəzər salsın və özünə əziyyət verib öyrənsin - tarixi türk torpağı olan bu coğrafi məkanda indi neçə türk yaşayır? Hələ deputatlıqdan danışmıram...

Mirzə AĞ

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol