Menu

Serbiyanın baş naziri Azərbaycana rəsmi səfərə gəlib

13.04.2015, 20:39
Serbiyanın baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Serbiya Respublikasının baş naziri Aleksandr Vuçiç aprelin 13-də Azərbaycana rəsmi səfərə gəlib. APA-nın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Serbiyanın baş naziri Aleksandr Vuçiçi hava limanında Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar. Serbiyanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol