Menu

İŞİD hücuma keçdi: İraq şokda

16.04.2015, 23:58
İŞİD hücuma keçdi: İraq şokda

Əhalinin kütləvi şəkildə şəhəri tərk etməyə başladığı bildirilir

İŞİD terror qruplaşması yenidən İraqda hücuma keçib. ANS PRESS-in məlumatına görə, aprelin 15-dən başlayaraq terrorçular əks-hücuma keçərək Ramadi şəhərinin bir-neçə kilometrliyinə qədər çata biliblər.

İŞİD 3 kəndi ələ keçirib və şəhərin üzərinə hücuma keçməyə hazırlaşması İraq hökümətini təcili tədbirlər görməyə məcbur edib.

Əhalinin kütləvi şəkildə Ramadi şəhərini tərk etməyə başladığı bildirilir. İraq ordusu ilə yanaşı 3 minədək şiə könüllüsü şəhərin müdafiəsinə cəlb olunub.

Hazırda İraqın bir neçə vilayəti İŞİD terrorçularının əlindədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol