Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0033 manat (0,31 faiz) ucuzlaşıb. Trend-in məlumatına görə, ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 1,0515 manat səviyyəsində müəyyən olunub.
| ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi | |||
| 6 aprel | 1,0487 | 13 aprel | 1,0537 |
| 7 aprel | 1,0496 | 14 aprel | 1,0514 |
| 8 aprel | 1,0517 | 15 aprel | 1,0511 |
| 9 aprel | 1,0515 | 16 aprel | 1,0507 |
| 10 aprel | 1,0520 | 17 aprel | 1,0504 |
| Həftə ərzində orta | 1,0507 | Həftə ərzində orta | 1,0515 |
Həftə ərzində Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi manatın avroya nisbətdə rəsmi məzənnəsi 0,0147 manat (1,32 faiz) artıb. Bununla da orta məzənnə bir avroya nisbətdə 1,1197 manat səviyyəsində müəyyən olunub.
| Avroya nisbətdə manatın rəsmi məzənnəsi | |||
| 6 aprel | 1,1521 | 13 aprel | 1,1161 |
| 7 aprel | 1,1482 | 14 aprel | 1,1106 |
| 8 aprel | 1,1399 | 15 aprel | 1,1167 |
| 9 aprel | 1,1330 | 16 aprel | 1,1244 |
| 10 aprel | 1,1235 | 17 aprel | 1,1308 |
| Həftə ərzində orta | 1,13934 | Həftə ərzində orta | 1,1197 |
Ötən həftə 1 unsiya qızılın dəyəri 4,0908 manat (0,32 faiz) azalıb. Müvafiq olaraq, qızılın orta qiyməti 1260,7789 manat təşkil edib.
| 1 unsiya qızılın qiymətinin dəyişməsi | |||
| 6 aprel | 1256,8670 | 13 aprel | 1269,14 |
| 7 aprel | 1257,9456 | 14 aprel | 1260,5235 |
| 8 aprel | 1273,6087 | 15 aprel | 1255,8017 |
| 9 aprel | 1269,4234 | 16 aprel | 1253,38 |
| 10 aprel | 1256,9296 | 17 aprel | 1265,0492 |
| Həftə ərzində orta | 1262,95486 | Həftə ərzində orta | 1260,7789 |
İlin əvvəlindən Bakı Banklararası Valyuta Birjasında alış-veriş aparılmır, buna görə də manatın birja məzənnəsi artıq formalaşmır.


Şərhlər