Yaddaşını itilə, Atamoğlan əmi...
Allah Üzeyir bəyə rəhmət eləsin! Təxminən, 100 il əvvəl yazıb «Ordan-burdan»ı. Fəqət, günmüzdə müşahidə olunan gerçəkliklər göstərir ki, hələ də Atamoğlan əminin «siyasi söhbəti»nin məzmun və formatı heç dəyişməyib. Yəni ki, «Müsəlman kəndlisinin siyasi söhbəti» hələ də aktual olaraq qalır. Odur ki, mən də başımı başlara qoşub, siyasi söhbət yapmaq qərarına gəldim. Qüsur-müsuru olacaqsa, məni məzur qılın, ey lənətlənmiş «məcburi köçkün» bacı və qardaşlarım!
Uca Allahın adıyla başlayıram... Deyirəm, Atamoğlan əmi, sən oxumuş adamsan, deputat-meputatla, nazir-mazirlə, nəçənnik-məçənniklə oturub-durursan - bilərsən. Mənə elə gəlir ki, millətimiz «lənətlənib»! Nəyin qarşılığında lənətə tuş gəlmişik? - bilmirəm, amma boğazımızdan çox zırpı bir lənətin asıldığını sövqi-təbii ilə hiss edirəm. Digərlərini bilmirəm, amma mən nə qədər çırpınıram, çabalayıram, başımı daşa-divara döyürəmsə, faydası olmur - lənət kəmsiyini qıldan nazik boğazımdan çıxardıb, ata bilmirəm...
Bilirəm, soruşacaqsan, odur ki, deyirəm - qulaq ver. Lənəilənmişik deyirəm, ona görə ki, böyük Yaradan millətimə erməni (hay, friq,… istər adını lap it, pişik və s. qoyaq - mahiyyət dəyişməz!) kimi nankor, paxıl, namərd, pisniyyət, binamus bir qonşu qismət eləyib. Bu həyasız, gəzəyəntə məxluq neçə əsrdir ki, yapışıb boğazımızdan, əl çəkmir ki, çəkmir - nəyimiz varsa, hamısını gözaltı eləyib, əlimizdən almaq istəyir. Gah fransızın, gah ingilisin, gah rusun... qucağında oturub, bizə meydan oxuyur, torpaqlarımızı qarış-qarış əlinə keçirir. İmkan olduqca, insanlarımızı qətlə yetirir və bu zaman çır-çır çığırıb, göz yaşı tökür, «məni genosid edirlər» deyə, dünya ölkələrini qapı-apı gəzib, imdad diləyir. Kömək almaq məqsədilə öz qadınlarını «yumşaq material» qismində dünyanın güc sahiblərinə «peşkəş» edir. Bu dediklərimi təsdiqləyən tarixi-yazılı faktlar yetərincədir. İkisini nəzərə çatdırmaqla kifayətlənəcəm.
Birincisi, rus şairi M.Y.Lermontovu məlum «Erməni qışqırır» şeiridir (M.Y.Lermontov, «Qızıl işləməli xançalım bərq vurur»):
Tək uzanmışam mən,
Yumşaq krovatda.
Erməni qışqırır,
Qonşu palatda.
Səbəb oldu-olmadı, qışqırmaq, haray çəkmək, köməyə çağırmaq, göz yaşı tökmək... ətrafdakıların gözündə özünün əzabkeş-məzlum obrazını yaratmaq, eyni zamanda, «saman atından su yeritmək» erməninin xislətidir.
İkincisi isə vaxtilə K.Marksın ermənilər haqqında söylədiyi «aforizm»dir. Dünya sosialist inqilabının banisi, «Kapital» adlı monumental abidənin müəllifi K.Marks bu binamus tayfa barədə yazıb: «Ermənilər dünyada ilk millətdir ki, sağ qala bilmək naminə öz qadınlarını başqa xalqlara rahatlıq yaratmaq üçün «yumşaq material» qismində təklif etməyə başlayıblar».
O da gerçəklikdir ki, Qafqaz xalqları arasında namus məsələsi çox ciddi bir kateqoriyadır. Təkcə ermənidən başqa. Çox uzaq tarix deyil - Xocalı qətliamı zamanı girov götürülmüş türk (azəri) qadınlarla ermənilərin binamuscasına rəftar etməsi barədə çoxlu faktlar var. Belə rəftar nə müharibə qanunlarına, nə də Qafqaz xalqlarının namusa yönəlik yazılmamış qanunlarına sığmır. Bu da məntiqi sual doğurur - nə üçün belədir? Atamoğlan əmi, mən bunun səbəbini bunda görürəm - ermənilər Qafqaza gəlmədirlər (aborigen deyillər)...
Papasan, mamasan... bilmirəm!
Atamoğlan əmi, yəqin xəbərin var. Bir neçə gün bundan əvvəl Romanın papası Fransiski geydirmə «erməni genosidi»nin 100 illik «yubiley»inə həsr etdiyi duayapma mərasimində əlini Ermənistan prezidenti Serjikin başına qoyub da, ərz eləyib ki, guya türklər 20-ci əsrin əvvəlində (1915) erməniləri kütləvi surətdə cəhənnəmə vasil eləyiblər. Yəni ki, Osmanlı dövləti guya, 20 əsrin ilk «genosid»ini həyata keçirib. Görürsənmi, Atamoğlan əmi, bu sözləri dünyanın intriqa yuvası olan, keşişləri arasında uşaqbazlığın vüsət aldığı Vatikanın papası - dünya katoliklərinin dini lideri deyib.
Atamoğlan əmi, sən bilməmiş deyilsən, de görüm Roma papası bütün həya sərhədlərini keçərək, dünya türklərinə çamur atdığı bir zamanda bizim üləmalarımız nə işlə məşğuldurlar? Niyə bu şeyxlərin, ayətüllahların... səsi çıxmır?! Qəzetlərimiz, televiziyalarımız da susur. Ziyalı deyib, ətəyindən yapışdığımız ünvanlar da ağzına su almış kimi görsənirlər - sanki, ağızlar açılsa, su yerə töküləcəkmiş. Allah, Allah, prinsipsizlik necə iyrənc bir keyfiyyətsizlik imiş!
Onları bilmirəm, amma mən susmaq fikrində deyiləm, çünki qaradan tünd rəng olmur axı. Millətimə qarşı qəsd, düşmənçilik göz önündədir. Düşmənin qarşısından qaçdıqca, o, daha da quduzlaşar. Bir atalar məsəlində deyildiyi kimi «nə eliyənin qabağına nə eləməsən, deyər ki, hansı yeri yoxdur...».
Necə bilirsən, Atamoğlan əmi? - qərara gəlmişəmi ki, Romanın papasına palaz boyda bir məktub yollayım. Qoy bilsin ki, əməllərindən, məkrindən xəbərsiz deyilik. İmansız çalışmalarından heç qorxub-eləmirik. Yollayımmı, Atamoğlan əmi? Danışdıq...
Bilirsən Romanın papasına nə yazacağam? Yazacam ki, ey qocalıb əldən düşmüş - lap həpirrimiş keşiş (bu ifadəni 2001-ci ildə Bakıya gəlmiş Roma papası 2-ci Yohan Pavelin ünvanına «Yeni zaman» qəzetində işlətmişdim)! Ara qarışdırmaq, su bulandırmaq və bulanıq suda balıq tutmaq din xadiminə, dünya katoliklərinin dini liderinə heç yaraşmaz. Belə imansız davranışınla, bu qoca vaxtında günaha batırsan bir yandan, dünya katoliklərinin reputasiyası üzərinə kölgə salırsan - digər yandan. Öz işindir, necə deyərlər, qoy bir Allahın bilsin, bir də özün bil. Onu da bil ki, türk dünyası bu çamuru sənə bağışlamayacaq - bütün çatışmazlıqlarına baxmayaraq! İnsanları, dinləri qarşı-qarşıya qoymaq əvəzinə, onları sülhə, dialoqa çağırmaq gərəkdir - indi aydın oldu ki, sən bunu həm istəmirsən, həm də bacarmırsan. Amma gərək bir balaca da olsa başınla düşünəsən. O zaman sənə bir sual ünvanlayacam: Sən hardan bildin, hardan oxudun ki, Osmanlı dövləti ermənini genosid edib? Əlinin altında bir sənədin-sübutun varmı? Brilmirsənsə, bil - bunu təsdiqlmək məhkəmələrin səlahiyyətindədir. Əlinin altında məhkəmə qərarı varmı, ey həpirrimiş keşiş?! Bu, siyasi məsələdir - məgər sən siyasətçisən? Yoxsa hələ də keçmişlərin nostaljisi altında məst olub, düşünürsən ki, dinlə dövlət birdir? Papasan, mamasan bilmirəm, qulaqlarını aç və eşit - din ilə dövlət çoxdan bir deyil!..
Ey Romanın papası, sənə bir məsləhətim də var. Erməniyə yas tutub, olmayan şeylərdən danışıb, xalqları bir-birinə düşmən etmək əvəzinə, yaxşı olardı ki, ölkəndə - keşişlərin arasında vüsət almış uşaqbazlıqla mübarizəyə dəm verəsən! Dəm verəsən ki, heç olmasa, əxlaqdan, insaf-mürüvətdən danışmağa mənəvi haqqın olsun. Nədən ki, Tampliyerlərdən üzübəri, naqis çalışmaları ilə dünyada özünü nüfuzdan salmış «papa institutu» uşaqbazlıq çalışmaları ilə bir daha rüsvay olub!
Mən bir köçkünəm, ey riyakar keşiş!
Hə, Atamoğlan əmi, onu da yazacam ki, ey Romanın papası! Heç bir əsasın olmadığı halda, iddia edirsən ki, 100 il bundan əvvəl türklər erməniləri genosid ediblər. Yerindəcə, bir sual verirəm sənə - nə üçün heç maraqlanmadın ki, türklər nəyin üstündə «ermənini genosid ediblər»? Axı, durduğu yerdə adamı şaqqalamırlar.
Ey, genosid deyib də, insanları çaşdıran, milyonları bir-birinə düşmən eliyən keşiş! Bəs, ermənilərin Osmanlıda törətdiyi kütləvi qətlləri, qarətləri, anarxiyanı nə üçün görməzliyə vurdun? Çünki ermənilər bütün bunları eləcə sənin və Avropa dövlətlərinin xeyir-duası ilə həyata keçiriblər. Sutanaya bürünüb, «genosid»dən dəm vuran keşiş, necə oldu ki, hələ 1896-cı ildə ermənilərin Osmanlı bankına basqın etməsi, bu zaman mahiyyət etibarilə, tarixdə ilk dəfə dinc insanları girov götürməklə terror aktı törətməsi faktının üzərindən sükutla keçirsən?! Yaxşı bilirsən ki, sonra həmin terrorçular necə oldular. Onları sənin fransız «övladların» öz qanadı altına alaraq, Osmanlı ərazisindən çıxarıb, Fransaya - guya ki, mühakimə etməyə apardı. Sonra da təlimatlandırıb, silahlandırıb, yenidən Osmanlıya yola saldı. Bəs, Osmanlı dövləti bu quldurlarla necə davranmalı idi?!
Ey imansız keşiş! Bil ki, bu məktubu sənə yazan cəmi 21 il bundan əvvəl erməni təcavüzünün qurbanına çevrilmiş Qarabağ «köçkün»üdür. Yüz il geriyə baxıb, qarasına danışmaqdansa, 20 il əvvələ - görünən tarixə nəzər salıb, faktlar-dəlillər əsasında danışmaqla aran necədir? Bax, mən - sənin məzlum, əzabkeş adlandırdığın erməninin təcavüzünün qurbanlarından biriyəm. Nə üçün biz tərəfə baxanda gözlərin tutulur, heç nə görmürsən? Şəksizdir ki, görmək istəmirsən. Bu, sənin öz işindir - istəmirsən, istəmə. Amma mən - sənin gözlərinə girəcəm! Girəcəm ki, MƏNİ GÖRƏSƏN! Ey dünyanın riyakarlıq rəmzi, aç gözlərini və gözlə - gələcəm!
Atamoğlan əmi, bu yerdə fasilə etmək fikrinə düşdüm. Oxucuları yormaq olmaz. Sən necə düşünürsən?
Amma məktubum («ordan-burdan»ım) hələ bitməyib, davamı olacaq. Qoy, lənətlənmiş «köçkün» qardaş və bacılarım gözləsinlər...
Mirzə AĞ
AzPolitika.info


Şərhlər