Bu gün saat 12.30-da Bakının Binəqədi rayonu ərazisində, Azadlıq prospektində 155 saylı marşrutla hərəkət edən sərnişin avtobusu qəzaya uğrayıb.
Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, avtobus aşıb.
Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasından verilən məlumata görə, qəza nəticəsində sürücü də daxil olmaqla 2 nəfər xəsarət alıb.
Hadisə yerinə xilasedicilər cəlb olunub. Sərnişinlər aşan avtobusdan çıxarılıb.


Şərhlər