Əbülfəz Qurbanlını AXCP sədrinin müavini, İlham Hüseyni Gənclər Komitəsinin sədri oldu
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsinin 1-ci respublika konfransı keçirilib.
Bu barədə APA-ya məlumat verən AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib ki, konfransda Gənclər Komitəsi Məclisinin 43 nəfərdən ibarət tərkibi formalaşdırılıb.
Komitənin sədri Əbülfəz Qurbanlı hesabat xarakterli çıxış edib.
Əbülfəz Qurbanlı ölkədə aparılan gənclər siyasətin təndid edib.O bildirdi ki, bu siyasət bir kiçik dəstəyə lüks yaşatsa da milyonlarla gənci evsiz işsiz qoyub, milyonların nəsibi Rusiya ucqarlarında ağır həyat yaşamaq və həbsxanalar olub. O əminliyin ifadə etdi ki, cəhbəçi gənclər və onların dostları ilham Əliyevin bu uğursuz siyasətini məhvə məhkum edib ölkəni rifaha qovuşduracaq. Əbülfəz Qurbanlı çıxışında söylədi ki, komitə üzvləri bu illər ərzində bir yumruqları meydanda şərə qarşı nümayiş etdirərkən biri əlləri klaviaturada olub intellektual mübarizədə olub. O cəbhəçi gənclərin həbsxana və başqa məhrumiyyətləri görməsinə baxmayaraq bir an meydandan kənara çəkilmədiyini və bu qətiyyyətli mövqeyi qələbəyə qədər davam edəcəklər.
ACXP sədri Əli Kərimli çıxış edib.AXCP sədri öncə ölkədə ilkə imza atdığına bütün respublika boyunca təşkilatlanma işi apardığına görə cəbhəçi gənclərə təşəklür etib. O bildirdi ki, gənclərin cəbhəni seçməsinin esas səbəbləri odur ki AXCP siyasətində həmişə səmimi olub.
Cəbhədə həmişə ailə mühiti olub, bir birinin ayağını dartma, başqasının uğuruna gözü götürməməzlik olmayıb deyen Əli Kərimli bu amillərə diqqət çəkib. AXCP sədri Konfransdakılara " siz düz seçim etmisiniz" deyib.
AXCP Gənclər Komitəsinin üzvlərinin bloqçuluq, yazarlıq fəaliyyətinə toxunan Əli Kərimli "cəbhəçi gənclik intellektual fəaliyyəti ilə də fərqlənir və bu bizi fərəhləndirir" dedi. Əli Kərimli çıxışında ölkədəki siyasi sistemi də təndiq etdi və bildirdi ki azərbaycandakı dikatura rejimi adlandıran rejim diktaturanın karikaturasıdı və çox kövrəkdir.Gənclərin də qatqı verdiyi mübarizə tezliklə onu tarixin zibilliyinə yollayacaq. AXCP sədri çıxışını ilham Hüseynlini komitəyə sədr, Əbülfəz Qurbanlını isə AXCP sədrinin müavini təyin etdi.
G. Bayramlı bildirib ki, AXCP sədri Əli Kərimli konfransda İlham Hüseyni Gənclər Komitəsinin sədri, Ə. Qurbanlını isə partiya sədrinin müavini təyin edib.
Milli Şuranın sədri Cəmil Həsənli çıxışında deyib ki, vaxtı ilə gənclər hansı liderin ardınca getsin məsələsi aktual idisə indi isə hansı gəncliyin arxasınca getməli məsələsi aktualdı. Cəmil Həsənli gənclərin həbslərinə toxunaraq bildirdi ki, bu hakimiyyətin acizliyi, demokratiyaya hazır olmamağı ilə yanaşı həm də gəncliyin gücünü və indiki gerilikçi sistemə qarşı olması ilə bağlıdır. Cəmil Həsənli dedi ki, Ukraynada və başqa demokratik mübarizənin getdiyi yerlərdə olduğu kimi tezliklə Azərbaycanda da gənclərin meydanlara tam sahib olub qələbə qazanacaq.
İlham Əliyevi çıxışında müstəbid adlandıran Cəmil Həsənli onun sonun olmadığını bildirdi və onun vətən torpaqlarının azadlığı üçün fəaliyyət göstərmədiyini tənqid etdi. O bildirdi ki çıxışlarda Azərbaycan ordusu güclüdür deməklə ordu güclü olmur, bu ordu o vaxt güclü sayılacaq ki sıralarından atəşkəs dövründə qurban verməsin, torpaqları azad edib üçrəngli bayrağı şuşaya assın.
AXCP Gənclər Komitəsinin yeni sədri İlham Hüseyn hazırda çıxış edib. O bəzi ittihamları cavabladırib: Bəziləri deyir ki, biz ənənvi müxalifətik, bəli biz mala pula əyilməməyin insanlarıq." Biz barışmayacağıq ki, yarımçıq insanlar bütöv xalqı zəlil etsin, əzsin".
Konfrans AXCP Gənclər Komitəsinin meclisinın terkibini tesdiq etmekle işini sona çatdırıb.


Şərhlər