Menu

Azərbaycan kubokunun finalı Qəbələdə keçiriləcək

22.04.2015, 13:11
Azərbaycan kubokunun finalı Qəbələdə keçiriləcək

Futbol üzrə Azərbaycan kubokunun final görüşünün keçirilmə yeri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, həlledici oyun Qəbələ şəhər stadionunda keçiriləcək.

İyunun 3-də baş tutacaq matçda “Neftçi” və “Qarabağ” üz-üzə gələcək. Ölkə kuboku tarixində ilk dəfə finala Qəbələ ev sahibliyi edəcək.

Qeyd edək ki, yarımfinal mərhələsində “Neftçi” “İnter”i (2:0, 1:2), “Qarabağ” “Simurq”u (1:0, 0:0) məğlub edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol