Hadisənin baş vermə səbəbləri açıqlanıb
Gəncə şəhərində özünü və yaşadığı binanı partladacağı ilə hədələyən şəxsin kimliyi dəqiqləşdirilib. Gəncə Şəhər Baş Polis İdarəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, saxlanılaraq Polis İdarəsinə aparılan şəxs 32 yaşlı Əflatun Abdıyevdir. Onunla birgə evdə olan qadının isə 1985-ci il təvəllüdlü Gülnar Nəbiyeva olduğu aşkarlanıb. Onların qeyri-rəsmi olaraq bir yerdə yaşadıqları bildirilir.
İlkin məlumatlara görə, hadisəyə onların arasında yaranmış mübahisə səbəb olub.
Ə. Abdıyevdən “F-1” əl qumbarası götürülüb. G. Nəbiyeva da onunla birgə saxlanılaraq Polis İdarəsinə aparılıb.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Xatırladaq ki, bu gün saat 12.20 radələrindən etibarən Gəncənin Dədə Qorqud küçəsində yerləşən beş mərtəbəli binanın, üçüncü mərtəbəsində orta yaşlı kişi əlindəki qumbara ilə özünü və evi partladacağı ilə ətrafdakıları hədələməyə başlayıb.Həmin şəxs əlində qumbara tutaraq evdə olan qadınla bərabər hər dəfə balkona çıxıb və qışqıraraq evi partladacağını bəyan edib.


Şərhlər