Menu

Kadırov Putinin polislərini yerindəcə güllələmək əmri verdi

23.04.2015, 16:16
Kadırov Putinin polislərini yerindəcə güllələmək əmri verdi

Çeçenistan təhlükəsizlik orqanlarının müşavirəsində Ramzan Kadırov rusları şok edəcək açıqlama ilə çıxış edib.Virtualaz.org "Exo Moskvı" radiosuna istinadən bildirir ki, Kadırov öz adamlarına Rusiyanın başqa regionundan gələn hüquq-mühafizə orqanlarının işçilərinə atəş açmağa icazə verib. Amma o halda ki, onlar Qroznının rəsmi razılığı olmadan respublika ərazisində əməliyyat keçirmək fikrinə düşələr.

Kadırovun belə sərt qərar verməsinə daha əvvəl Qroznıda baş vermiş hadisə səbəb olub. Xatırladaq ki, çeçen cinayətkar Cambulat Dadayev bazar günü Stavropol polisi tərəfindən keçirilən əməliyyat zamanı Qroznıda güllələnmişdi: “Bizin ərazimizdə belə bir şey daha olmayacaq. Kim əksini düşünürsə, səhv edir. Hər kəs bilməlidir ki, Çeçenistan Respublikası ərazisində qanun hökmranlıq edir. Mən rəsmi şəkildə bəyan edirəm: sizin icazəniz olmadan ərazinizdə peyda olan şəxs moskvalı olsun, ya stavropollu fərq etməz, vurun onu! Bizimlə hesablaşmalıdırlar”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol