Menu

Uorlik də erməniləri məyus etdi

24.04.2015, 11:51
Uorlik də erməniləri məyus etdi

ATӘT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik qondarma erməni soyqırımı ilə bağlı fikirlərini açıqlayıb. ANS PRESS-in məlumatına görə, həmsədr öz rəsmi Twitter səhifəsindən 1915-ci ildə baş verənlərə münasibətini bildirib:"Biz Dağlıq Qarabağın sülh yolu ilə həllinə çalışdığımız üçün Osmanlı İmperiyasının son günlərində baş verənləri, əzab-əziyyəti və qətliamları xatırlayır, bütün qurbanlar üçün yas tuturuq", - deyə həmsədr qeyd edib.

Xatırladaq ki, ermənilər bu gün qondarma erməni soyqırımının 100 illiyi ilə bağlı mərasim keçirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol