Bakıda və Abşeron yarımadasında aprelin 25-də (sabah) yağıntıların kəsəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, küləyin sürəti azalacaq.
Məlumatda o da bildirilib ki, temperaturda ciddi bir dəyişiklik gözlənilmir. Aprelin 25-i gündüzədək rütubətli hava şəraiti meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Aprelin 26-da isə əlverişli komfort hava şəraiti gözlənilir.

Şərhlər