Menu

Ukrayna Belarusdakı səfirini geri çağırır

25.04.2015, 18:50
Ukrayna Belarusdakı səfirini geri çağırır

Ukraynanın Belarusdakı səfiri Mixail Yejel geri çağırılacaq. Musavat.com-un Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə prezident Pyotr Poroşenko Nikalayevşinedəki brifinqdə bildirib.

“Geri çağırılma haqda mən tərəfdən belə bir qərar qəbul edilib. Hazırda müvafiq sənədlər və təqdimat hazırlanır” – deyib prezident.

“Minsk anlaşmaları formatında Minsk Ukraynanın xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsində olduqca mühüm rol oynayır. Ukraynanın Minskdə daimi mövcudluğu üçün şübhəsiz, mən bu rolu nəzərə almalı idim” - əlavə edib Poroşenko.

Ukrayna baş prokuroru 2011-12-ci illərdə müdafiə naziri işləmiş Yejeli dövlət əmlakının mənimsənilməsi və ordunun arxa təminatının məhv edilməsində şübhəli bilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol