Menu

NAZİR 2 POLİS ZABİTİNİ İŞDƏN QOVDU -Barələrində araşdırma başlatdı

27.04.2015, 11:29

Ramil USNizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü bölməsinin (PB) iki əməkdaşı işdən çıxarılıb. "Report" xəbər verir ki, PB-nin baş təhqiqatçısı, polis mayoru Mehbalı Rzayev və təhqiqatçı, polis kapitanı Cəmil Əkbərov işlərində yol verdikləri nöqsanlara görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə sərəncama göndəriliblər.

Bundan başqa, M.Rzayev və C.Əkbərovun yol verdikləri qanun pozuntuları barəsində Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsində araşdırma başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol