Menu

Bakıda evdən silah-sursat çıxdı

29.04.2015, 11:08
Bakıda evdən silah-sursat çıxdı

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, əməliyyat Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, Lerik rayon sakini Albalılıq qəsəbəsində yaşayan 1981-ci il təvəllüdlü Müslüm Əyyub oğlu Əhmədovun evindən 1 ədəd “Brovninq” markalı tapança, 1 ədəd sandıqça və 5 ədəd 9 mm patron aşkar edilərək götürülüb.

Onun silahları haradan tapması və nə məqsədlə saxlaması araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol