Belarus prezidenti Lukaşenko şübhələnir ki, yüksək məqamlı ilahiyyatçılar dini qadağaya baxmayaraq, uşaq əmələ gətirməkdən çəkinmirlər. Bununla bərabər, prezident belə din xadimlərini qınamadığını da önə çəkib (Rosbalt).
Belorus xalqına və Milli məclisinə ünvanladığı müraciətdə Lukaşeno qeyd edib ki, uşaqların, ailələrin qayğısına qalmaq kimi çalışmalara haqq qazanmaq üçün gərəkdir ki, özünün uşaqların olsun: «Bu, nə süstlükdür - yüksək çinli keşişin uşağı ola bilməz?! Bax, mən əminəm - kim isə, harada isə «zina edir», bu qadağanı pozur. Mən sizə bundan da artığını deyə bilərəm - mən bunu bilirəm... Bu, normal haldır: Uşağın olmalıdır ki, sən özün adam olasan. Uşağın yoxdur - adam deyilsən».
Lukaşenkonun söylədikləri Belarus pravoslav və katolik kilsə xadimləri arasında rezonansa səbəb olub. Belarus pravoslav kilsəsinin protoiereyi Serqiy Lepin qeyd edib ki, monaxlar - yepiskop və ondan yuxarı sanlar kəbinsizlik qadağasını qəbul edirlər: «Keşiş, monaxlığı qəbul etmədən, yepiskop ola bilməz. Pravoslav kilsəsinin bütün yepiskopları «kanona» uyğun olparaq, ailəli deyillər. Belarus pravoslav kilsəsinin başçısının ailəsi yoxdur - o, monaxdır...»
Katolik yepiskopları Konfederasiyasının mətbuat katibi vəzifəsini müvəqqəti icra edən Yuri Sanko isə öz növbəsində qeyd edib ki, bütün katolik keşişləri kəbinə girmirlər və bunya uyğun olaraq, seksual həyata malik deyillər: «Kəbinsizlik - insan tərəfindən şüurlu surətdə qəbul olunan «adət»dir və bu, katolik kilsəsi nümayəndələri üçün çox vacib məsələdir...»
Bununla yanaşı, Sanko əlavə edib ki, din xadimləri fəal surətdə sosial fəaliyyətlə məşğul olurlar - istirahət günü məktəblərində dərs verirlər, ailələrə yardımlar edirlər...
AzPolitika.info


Şərhlər