Menu

FHN Azərbaycan və Gürcüstan vətəndaşlarını Nepaldan təxliyə edib

30.04.2015, 18:29
FHN Azərbaycan və Gürcüstan vətəndaşlarını Nepaldan təxliyə edib

Azərbaycanın Nepala göndərdiyi humanitar yardım ünvana çatıb

Prezident İlham Əliyevin göstərişinə əsasən, aprelin 29-da Azərbaycan hökuməti adından Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən “BE-200ÇS” tipli təyyarə ilə Nepal Federativ Demokratik Respublikasına yola salınmış humanitar yardım ünvana çatdırılıb.

FHN-in mətbuat xidmətindən verilən məlumata görə, prezidentin göstərişinin icrasının davamı olaraq, 13 Azərbaycan və 4 Gürcüstan vətəndaşı həmin təyyarə ilə Nepalda təbii fəlakət zonasından təxliyə edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol