Menu

Müdafiə Nazirliyində daha iki general vəzifədən çıxarıldı 

25.12.2013, 18:20
Müdafiə Nazirliyində daha iki general vəzifədən çıxarıldı 

Müdafiə Nazirliyində növbəti kadr dəyişiklikləri baş verib. Hərbi mənbələrdən “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinə verilən məlumata görə, Müdafiə Nazirliyinin Rabitə İdarəsinin rəisi general-mayor Fazil Aşumov və Artileriya İdarəsinin rəisi general-mayor Rafiq Hüseynov vəzifələrindən çıxarılıblar.

Xatırladaq ki, Fazil Aşumov məzuniyyətə göndərilmişdi və məzuniyyət bitdikdən sonra ona vəzifədən çıxarılması elan olunub.

Həmin bu iki generalın yerinə təyinatlar da var. Onların adları yaxın günlərdə bəlli olacaq.(Milaz.info)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol