Türkiyədə hökumətin yeni tərkibi açıqlanıb. Anadolu agentliyinin verdiyi məlumata görə, kabinetdə 10 dəyişiklik olub:
Baş nazirin müavini - Emrullah İşler,
Nəqliyyat, rabitə və dənizçilik naziri - Lütfü Elvan,
Ədliyyə naziri - Bəkir Bozdağ
Avropa Birliyi naziri - Mövlud Çavuşoğlu,
Elm, sənaye və texnologiya naziri - Fikri İşık,
Ətraf mühit və şəhərsalma naziri - İdris Güllücə,
Ailə və sosial siyasət naziri - Ayşənur İslam,
Daxili işlər naziri - Efkan Ala
İqtisadiyyat naziri - Nihat Zeybekçi
Türkiyə ekspertlərinin fikrincə, yeni təyinatların hamısı birbaşa T. Ərdoğana bağlı və sadiq simalardır. Əgər bundan əvvəl kabinetdə "camaat"a və başqa qruplara yaxın, nisbətən müstəqil simalar yer alırdısa, son dəyişikliklə bu cür fiqurlar aradan qaldırılıb.
Analitiklər yeni təyinatların əksəriyyətini sürpriz kimi qiymətləndiriblər. O da vurğulanır ki, bu təyinatlardakı simaların əksəriyyəti fəal siyasi həyatla məşğul olmayıblar.
Ana müxalifət lideri Kılıcdaroğlu baş nazirin yeni daxili işlər naziri postuna təyinatını kəskin tənqid edib. O deyib ki, bu adam baş nazirin müstəşarı olarkən "Gəzi Parkı" olaylarına birbaşa müdaxilə edib və amansız divan tutmalara səlahiyyəti olmasa da, birbaşa göstəriş verib.
............
Türkiyə prezidenti Abdüllah Güllə baş nazir Rəcəb Tayyib Ərdoğanın arasında bu gün yeni hökumətin müzakirəsi üçün gözlənilən görüş təxirə salınıb. Amma “Yeni Şafak” qəzeti yeni hökumətdə yer alacaq bəzi adları açıqlayıb (ans press):
Efkan Ala - daxili işlər naziri
Numan Kurtulmuş – iqtisadiyyat naziri
Mustafa Şentop - ədliyyə naziri
İsmet Yılmaz - nəqliyyat naziri
Ömer Çelik - AB ilə əlaqələr naziri və baş müşavir
Mahir Ünal - mədəniyyət və turizm naziri
Alpaslan Kavaklıoğlu - milli müdafiə naziri

Şərhlər