Menu

Azərbaycan nefti ucuzlaşıb

04.05.2015, 10:15

admin-ajaxMayın 1-də London əmtəə birjasında keçirilmiş hərraclarda “Azeri Light” markalı Azərbaycan neftinin 1 barreli 66,66 dollara satılıb.

Bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən məlumat verilib.

Bu, aprelin 30-da qeydə alınmış qiymətdən 0,21 dollar azdır.

Xatırladaq ki, 2015-ci ilin dövlət büdcəsində neftin 1 barrelinin qiyməti 90 dollar götürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol