Menu

Rusiya hərbi gəmiləri Latviya sahillərində peyda oldu

04.05.2015, 12:13
Rusiya hərbi gəmiləri Latviya sahillərində peyda oldu

Latviyanın Milli Silahlı Qüvvələri öz Twitter səhifəsində bildirib ki, mayın 3-nə keçən gecə Latviya hərbçiləri Latviya sərhədləri yaxınlığında Rusiyanın hərbi gəmilərini və sualtı qayığını identifikasiya ediblər.

Bundan başqa, bazar günü gündüz vaxtı sərhəd zonasında An-22 rus hərbi nəqliyyat təyyarəsi qeydə alınıb.

Desant gəmisi və kiçik qayıq əleyhinə gəmi Latviyanın müstəsna iqtisadi zonasında, dövlət ərazi sularından 5 dəniz mili aralıda yerləşirmiş.

Rusiya təyyarəsi ərazi sularının xarici sərhədi yaxınlığında Baltik dənizi üzərində uçuş həyata keçirirmiş.

Latviyanın Milli Silahlı Qüvvələrinin məlumatına görə cari ildə Rusiya hərbi texnikası 42 dəfə Latviya ərazi sularının yaxınlığında qeydə alınıb.

Keçən il Rusiya hərbi gəmiləri və təyyarələri Latviya sərhədinə 250 dəfədən çox yaxınlaşıb. /BBC

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol