Menu

Egemen Bağışdan vida mesajı

26.12.2013, 10:39
Egemen Bağışdan vida mesajı

Türkiyənin Avropa Birliyi üzrə keçmiş naziri Egemen Bağış Twitter-dən vida mesajı paylaşıb. Musavat.com-un məlumatına görə, o, baş nazir Rəcəb Tayyib Ərdoğanı “yol yoldaşı” adlandırıb: “Vəzifələr keçici, dava əsasdır. Millətə xidmətdə vəzifə fərqi olmadan baş nazirimizlə yol yoldaşı olmaq böyük şərəfdir”. Egemen Bağış Rəcəb Tayyib Ərdoğanla fotosunu paylaşıb.

Egemen Bağış nazir kürsüsündə onu əvəzləyən Mövlud Çavuşoğlunun ən böyük dəstəkçisi olduğunu da yazıb. O, Mövlud Çavuşoğlu ilə çəkdirdiyi fotonu da paylaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol