Menu

Pakistanda məktəbə hücum: 2 ölü

07.05.2015, 08:49
Pakistanda məktəbə hücum: 2 ölü

Pakistanın şimal-qərb hissəsində iki terrorçu-kamikadzenin məktəbə hücum etməsi nəticəsində 2 nəfər ölüb. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, insident Pişəvar şəhəri yaxınlığındakı yaşayış məntəqəsində, futbol yarışması zamanı baş verib.

Terrorçu-kamikadzelər futbol meydançasına girərək üzərilərinə bağladıqları partlayıcı maddəni işə salıblar.

Qeyd edək ki, ötən il Pişəvarda 140 məktəbli terrorçuların qurbanı olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol