Menu

Prezident hökuməti istefaya göndərdi

07.05.2015, 09:38
Prezident hökuməti istefaya göndərdi

Çili prezidenti Michelle Bachelet ölkə hökumətini bütövlüklə istefa verməyə xahiş edib və bir neçə gündən sonra yeni nazirlər kabinetinin tərkibini elan edəcəyini bildirib.

“Bir neçə saat əvvəl mən bütün nazirlərimin istefa verməsini xahiş etmişəm və mənə onlardan kimin qalacağı, kimin gedəcəyini müəyyən etmək üçün bir neçə saat lazımdır”, - Çili televiziyasının efirində Bachelet deyib.

Çilidə hökumət dəyişikliyi Michelle Bachelet-in prezident vəzifəsinə gəldiyindən cəmisi 14 ay keçmiş baş verir.

Bir sıra korrupsiya qalmaqalından sonra son həftələr ərzində Bachelet-in seçki reytinqi ən aşağı səviyyəyə düşüb.

Sosioloji sorğuların nəticələrinə əsasən, hazırda prezidentin fəaliyyətindən respondentlərin 64 faizi narazıdır. /BBC

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol