Menu

Azərbaycan bu şəxsləri beynəlxalq axtarışa verdi - FOTOLAR

07.05.2015, 12:29
Azərbaycan bu şəxsləri beynəlxalq axtarışa verdi - FOTOLAR

Azərbaycan hüquq-mühafizə orqanları dələduzluqda təqsirləndirilən daha 4 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib. APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 52 yaşlı Qəyyub Qəhrəmanov, 63 yaşlı Ramiz Vahidov, 63 yaşlı Abdulhüseyn Cəbiyev və 52 yaşlı Yusif Bəbirli Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilirlər. Onlar Azərbaycanda olmadıqları üçün barələrində dövlətlərarası axtarış elan olunub və saxlanılmaları üçün İnterpola müraciət edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol