Menu

Məşhur futbolçu Mursini dəstəklədiyinə görə pullarından oldu

08.05.2015, 15:51
Məşhur futbolçu Mursini dəstəklədiyinə görə pullarından oldu

Misir hakimiyyəti Afrika futbolunun keçmiş ulduzu Məhəmməd Abutrikanın aktivlərini müsadirə edib. Trend-in "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata əsasən, futbolçu ölkədə qadağan edilmiş "Müsəlman qardaşlar" təşkilatını maliyyələşdirməkdə təqsirləndiriilir.

Futbolçu pullarını qurban verməyə hazır olduğunu qeyd edib: "Misiri tərk etmək istəmirəm və ölkənin təhlükəsizliyi naminə işi davam etdirəcəyəm".

Xatırladaq ki, M.Abutrika 2012-ci ildə prezident seçkilərində qalib gəlmiş Məhəmməd Mursinin namizədliyini dəstəkləmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol