Bu günlərdə Azərbaycanda yeni sayt fəaliyyətə başlayıb. “www.automap.az” adlanan bu sayt vasitəsilə Azərbaycanda yeni nəqliyyatın idarəolunması və nəzarət sistemi qurulub. “www.automap.az” saytı avtomobil dünyasında müasir texnoloji xidmətləri təqdim edir. “AUTOMAP” monitorinq sistemi ilə siz istənilən vaxt nəqliyyat vasitələrinizin olduğu yeri, onların sürətini, qət etdiyi yolu, iş rejimini izləyə bilərsiniz. Xüsusilə də, az vəsait xərcləməklə böyük itkilərin qarşısını asanlıqla ala bilərsiniz.
Bununla bir tək yanacaq sərfiyyatına nəzərati ələ almaqla xərclənən vəsaitin ən azı 15-25%-ni qənaət edə, amortizasiya xərclərini minimuma endirmək, marşrut üzrə idarə olunan nəqliyyat vasitələrinin xətdən kənarlaşmasının, boş dayanmalarını, artıq yürüşlərin qarşısını almaqla nəqliyyat xərclərini ümumilikdə 20-30 %-dək azaltmağa nail ola bilərsiniz.
“AUTOMAP” monitorinq sistemi vasitəsilə təhlükəsizlik qaydalarına riayət etməyən, intizamı pozan sürücülərin idarə etdikləri nəqliyyat vasitəsinin mühərrikinin işini istənilən vaxt, harada olmasından aslı olmayaraq, dayandıra bilərsiniz.
Bu sistem sürət həddinin aşılması, nəqliyyat vasitəsinin boş dayanması, həyəcan düyməsinin basılması, obyektlə əlaqənin kəsilməsi və ya verilmiş marşrut üzrə nəqliyyatın tapşırıq məntəqəsinə çatması haqqında mesajları, elektron poçt və ya SMS vasitəsilə dərhal məsul şəxsə xəbərdarlıq edir.
Nəzarət sistemi vasitəsilə onlarla hesabat formalarının hazırlanması qisa bir vaxtda həllini tapacaq. İstər gündəlik, aylıq, illik və ya öz seçiminizə uyğun vaxt intervalında yanacaq sərfi, avtomaşınları yürüşü, hərəkət sürəti haqqında və digər bir çox hesabatları operativ şəkildə əldə edəcəksiniz.
“AUTOMAP” monitorinq sistemi ilə daha ətraflı “www.automap.az” saytında tanış ola bilərsiniz.
AzPolitika.info


Şərhlər