Menu

Sabah bu yollar bağlanacaq - Siyahı

08.05.2015, 17:41
Sabah bu yollar bağlanacaq - Siyahı

Velosiped turu ilə əlaqədar mayın 9-da bağlanacaq yolların siyahısı açıqlanıb

Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq velosiped turunun IV mərhələsinin keçirilməsi ilə əlaqədar mayın 9-da bağlanacaq yolların siyahısı açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, velosiped turunun 4-cü mərhələsinin keçirilməsi ilə əlaqədar mayın 9-da aşağıdakı yollarda qeyd olunan müddət ərzində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq:

Ağdaş-Zarağan-Qəbələ yolu (hər iki istiqamətdə) saat 09:00-dən 10:50-dək,

Ağdaş-Xaldan-Yevlax yolu (hər iki istiqamətdə) saat 10:40-dan 11:10-dək,

Xaldan-Yevlax-Aran-Mingəçevir yolu (hər iki istiqamətdə) saat 11:00-dan 14:00-dək fasilələrlə.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol