Onun Putnlə görüşü istisna olunmur
ABŞ-ın dövlət katibi Con Kerri Rusiyaya səfər etməyi və mayın 12-də Soçiyə getməyi planlaşdırır. Diplomatik mənbələrdən «TASS»-ın müxbirinə məlum olub ki, səfər barədə rəsmi müraciət bu ərəfədə olmalıdır, amma faktiki olaraq, planlar artıq razılaşdırılıb (TASS).
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə məlumat vermişdi ki, Kremldə Putinlə Kerrinin mümkün görüşünü istisna etmirlər: «Hələlik bunu (mümkün görüşü - qeyd «TASS»-a məxsusdur) danışırlar. Rəsmi təsdiqini gözləmək lazımır. Əgər rəsmi qaydada təsdiq olunsa və qrafiklər üzrə üst-üstə düşsə, onda görüşü istisna etmək olmaz. Amma yenə də təkrar edirəm, hələlik bu, söz-söhbət səviyyəsindədir...».
AzPolitika.info


Şərhlər