Menu

Həmkarlar İttifaqı özünü yandıran əlilə 100 min manat kompensasiya ödəyəcək

27.12.2013, 18:15
Həmkarlar İttifaqı özünü yandıran əlilə 100 min manat kompensasiya ödəyəcək

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası (AHİK) özünü yandıran II qrup Qarabağ əlili Zaur Həsənovla bağlı qərar qəbul edib. Konfederasiyanın sədri, millət vəkili Səttar Mehbalıyev APA-ya bildirib ki, qərara əsasən, Z Həsənovun ailəsinə övladları yetkinlik yaşına çatana qədər AHİK tərəfindən hər ay 1500 manat vəsait ödəniləcək. Sökülmüş obyektinə görə isə dəymiş ziyanı ödəmək üçün ona 100 min manat məbləğində maddi yardım ediləcək. Bundan başqa, zərurət yaranacağı təqdirdə Z. Həsənovun xaricdə müalicəsini, ailə üzvlərinin işlə təminatını da konfederasiya öz üzərinə götürüb.

Z.Həsənovun müsadirə olunmuş mülkinə gəldikdə, S. Mehbalıyev bildirib ki, həmin işlə bağlı məhkəmə qərarı var: “Biz məhkəmənin qərarına müdaxilə edə, onu dəyişdirə bilmərik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol