Menu

ABŞ-da silahlı insident baş verib, ölən və yaralananlar var

11.05.2015, 12:15
ABŞ-da silahlı insident baş verib, ölən və yaralananlar var

ABŞ-da silahlı insident nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb. APA-nın “Fox 8 News”a istinadən verdiyi məlumata görə, hadisə Ohayo ştatının Klivlend şəhərində baş verib.

Naməlum şəxs atəş açaraq 5 nəfəri yaralayıb. Aralarında hamilə qadının olduğu yaralılar xəstəxanaya çatdırılıb. Onlardan biri orada ölüb.

Atəş açan şəxsin kimliyi və motivi məlum deyil. Polis araşdırma aparır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol