Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud ABŞ-ın təşkil edəcəyi sammitə qoşulmayacaq.
ANS PRESS-in məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr deyib.
O bildirib ki, Kral Salman Yəməndəki atəşkəs və humanitar yardım fəaliyyətlərinə diqqət yönəltdiyi üçün zirvəyə qatılmayacaq.
ABŞ prezidenti Barak Obamanın bu həftə 6 Körfəz ölkə liderlərini bir araya gətirmək istədiyi zirvədə Səudiyyə Ərəbistanını ölkənin yeni vəliəhd şahzadəsi Məhəmməd bin Nayef təmsil edəcək. Sammitdə ölkənin ikinci vəliəhd şahzadəsi Məhəmməd bin Salman da iştirak edəcək.
Qeyd edək ki, zirvədə Suriya və Yəməndəki son proseslərin müzakirə olunması nəzərdə tutulur. ABŞ prezidenti Barak Obamanın sədrlik edəcəyi sammit mayın 13-də baş tutacaq.


Şərhlər