"Rusiya ilə Çin arasındakı müxtəlif səpgili ziddiyyətlər və perspektiv maraqların üst-üstə düşməməsi bu iki ölkənin güclü anti-Amerika alyansı yaradacaqları fikrinin əsassızlığını göstərir"

Qarşılıqlı təbəssümlərin və xeyli sayda ikitərəfli iqtisadi razılaşmalar, həmçinin İkinci Dünya Müharibəsində Sovet İttifaqının qazandığı zəfərin 70 illik yubileyində Çinin yüksək səviyyədə təmsil olunmasına baxmayaraq, əsl həqiqətdə bu iki ölkə geniş miqyaslı yaxınlaşmadan uzaqdır. Ukraynaya edilmiş müdaxilə səbəbindən Rusiya ilə Qərb arasında yaranan gərginlik nəticəsində Moskva üzünü şərqə tərəf tutmağa məcbur qaldı. Hər halda Rusiyanın Avropa ilə yaşadığı problemlər, onun Çinlə istədiyi kimi gəlirli sövdələşmələrə getməsini əhəmiyyətli dərəcədə çətinləşdirir. Ona görə də, Pekin hal-hazırda pula çox böyük ehtiyac duyan Rusiyaya qarşı necə davranacağını və nələri diktə edəcəyini yaxşı anlayır.

Qərblə münasibətlər pisləşməyənə qədər, Moskva Çinlə indiki şərtlər daxilində razılaşmaya getmədiyinə görə, hər iki ölkə arasındakı enerji müqavilələrində praktik olaraq, heç bir irəliləyiş yox idi. Başqa sözlə, hətta analitiklərinin Vaşinqtonun rəqibi olan bu iki ölkə arasındakı strateji münasibətlərin möhkəmlənməsi haqqında nə qədər çox söhbət salmalarına baxmayaraq, onların strateji maraqlarında daha dərin ziddiyyətlər yatır. Çünkü Çinin Orta Asiyadan tutmuş, digər qonşuları ilə olan münasibətləri Moskva-Pekin əlaqələrinin tam mənası ilə möhkəmlənməsinə imkan vermir.

Moskvadakı hərbi paraddan öncə, Çin və Rusiya rəhbərləri görüşərək, iqtisadi baxımdan yaxınlaşmanın yolunu açacaq milyardlarla dollarlıq bir neçə mühüm müqavilə imzalayıblar. Bu müqavilələrdə Çin bankları tərəfindən Rusiya şirkətlərinə kreditlərin ayrılması və müştərək şəkildə müxtəlif infrastruktur layihələrində iştirak nəzərdə tutulur. Bu yaxınlarda isə iki ölkə Aralıq dənizində birlikdə hərbi-dəniz təlimləri keçirəcəklər. Moskvada keçirilən mühüm sənədlərin imzalanması mərasimində çıxış edən Rusiya prezidenti Vladimir Putin deyib: ”Bu gün Çin bizim strateji tərəfdaşımızdır”.

Lakin həmin sammitdə Çinə ixrac edilməsi üçün nəzərdə tutulan ikinci müqavilənin bağlanması üçün real irəliləyiş əldə olunmayıb.

Enerji razılaşmalarının reallığa dönüşməsi böyük əhəmiyyət daşıyır. Çünkü Rusiyanın şərqə tərəf üz tuma planında enerji resurslarından istifadə edilməsi başlıca rol oynayır. On il ərzində Kreml rəhbərliyi və Rusiyanın iri enerji şirkətləri təbii resursların ixracı üçün yeni bazarlar axtarırdılar. Bəllidir ki, enerji satışından gələn böyük miqdadakı gəlirlər, Rusiya büdcəsinin formalaşmasında mühüm yer tutur. Rusiya ilə Çin arasındakı iqtisadi münasibətlərin norml relslər üzərinə qoyulmasındakı ləngimələrin bir neçə səbəbi var. Nəhəng “Qazprom” şirkəti Çinə qazın qərbi Sibirdəki mövcud yataqlardan çatdırılmasını istəyib. Lakin öz növbəsində Çin, "Qazprom"un bu təklifi ilə razılaşmayaraq, qazı onun ölkəsinin sıx məskunlaşmış şərq əyalətləri istiqamətindən nəql olunmasında israr edirdi. Keçən ilin may ayında Putinin işə qarşmasından sonra, nəhayət tərəflər qazın Rusiyanın şərq istiqamətindən çəkilməsi məsələsində razılaşıblar. Amma buna baxmayaraq, "Qazprom" Çinlə əldə olunan həmin razılaşmadan narazılığını daima ifadə edərək, daha sərfəli qərb marşrutuna üstünük verilməsini istəyir. Kreml ilə “Qazprom” şirkəti arasında yaranan fikir ayrılığı, Çin-Rusiya qaz anlaşmasını az qala təhlükəyə atacaqdı.

Rusiya ilə Avropa arasındakı açıq münaqişə və Brüsselin “Qazprom”a qarşı yürütdüyü anti-inhisar araşdırması, Rusiyanın üzü şərqə tərəf çevrilməsini daha da sürətləndirib. Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar “Qazprom” kimi şirkətlərin milyardlarla dollar kreditlərdən məhrum olmasına gətirib çıxarır. Amma Rusiya ilə dostluq nümayiş etdirməyi xoşlayan çinlilər, hələki Moskva üçün pul kisəsinin ağzını açamaq niyyətində olmadıqlarını göstərirlər. Rusiyanın indiki vəziyyəti həmçinin, neftin qiymətinin aşağı düşməsinə müvafiq olaraq, təbii qazın da qiymətinin ucuzlaşması ilə bir qədər də çətinləşir. Şübhəsiz ki, bu həm enerji şirkətlərinin, həm də milli büdcənin böyük miqdarda gəlir itirməsinə səbəb olur.

Haaqa strateji araşdırmalar mərkəzinin analitiki Saybren De Yonq Rusiya–Çin münasibətlərini qısaca olaraq belə dəyərləndirib: “Qərb istiqamətində yeni qaz kəmərlərinin çəkilişi üçün Rusiyaya kredit lazımdır. Bu krediti isə onlara çinlilər verə bilər. Amma çinlilər heç də ağıllarını itirməyiblər. Onlar yalnız özlərinə sərf edən şərtlər daxilində kömək etmək istəyirlər”.

Avropa bazarındakı mövqelərini bərpa etmək istəyən ruslara, paradoksal şəklidə, onların Asiya tərəfə üz tutmaları maneçilik törədir. Putinin növbəti Avropa manevri Ukraynadan yan keçərək, Qara dənizin dibi ilə Türkiyəyə çəkiləcək qaz kəməri layihəsidir. Bu layihənin həyata keçməsi, ”Qazprom”un böyük Avropa bazarına təsir imkanlarını qoruyub saxlaya bilər. Rusiya Türkiyəyə aşağı salınmış qiymətlərlə qaz satmağa söz verib.

Heç şübhə yoxdur ki, Çin rusların türklərə verdiyi sözə diqqət yetirməklə yanaşı, indiki dövrdə qlobal enerji landşaftında əsas etibarı ilə alıcıların diqtə etdiyini də yaxşı görür. Elə ona görə də Çin Rusiya ilə bağlanacaq gələcək qaz satışı müqavilələrində qiymətin nəzərə çarpacaq səviyyədə aşağı salınmasına çalışacaq.

Bütün bunların hamısı onu göstərir ki, Moskvanın əvvəlki gözləntilərinin əksinə olaraq, eneji məsələsində Rusiyanın tamamilə Asiyaya tərf çevrilməsi, öz xeyrini xeyli gec verəcək. Belə olan halda isə Rusiya və "Qazprom"un Avropadan asılılığı bir qədər də artacaq.

Digər yandan isə məsələyə daha dərindən və geniş konteksdən yanaşsaq, onda görərik ki, Rusiya ilə Çin arasındakı müxtəlif səpgili ziddiyyətlər və perspektiv maraqların üst-üstə düşməməsi, bu iki ölkənin güclü anti-Amerika alyansı yaradacaqları fikrinin əsassızlığını göstərir.

(Foreign Policy)