Menu

Artur Rəsizadə Türkiyə baş nazirinin müavini ilə görüşüb

12.05.2015, 13:31
Artur Rəsizadə Türkiyə baş nazirinin müavini ilə görüşüb

Bu gün Azərbaycanın baş naziri Artur Rəsizadə Türkiyə baş nazirinin müavini Əli Babacanla görüşüb.

“APA-Economics”in “Timetürk” nəşrinə istinadən verdiyi xəbərə görə, tərəflər ticari əlaqələri müzakirə edib.

Qeyd edək ki, Ə. Babacan G-20 qruplarından biri olan B-20 (Biznes-20) çərçivəsində keçirilən iş dünyasının regional toplantısında iştirak etmək üçün Bakıda səfərdədir.

Əlavə edək ki, Türkiyə hazırda G-20-yə sədrlik edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol