Menu

Müsavat başqanına Prezident Administrasiyasından dəvət gəldi

13.05.2015, 12:49
Müsavat başqanına Prezident Administrasiyasından dəvət gəldi

15 may 2015-ci ilə planlaşdırılan iqtidar-müxalifət görüşünə Müsavat partiyası da dəvət alıb. Musavat.com xəbər verir ki, Müsavat Partiyasının başqanı Arif Hacılı Prezident Administrasiyası tərəfindən görüşdə iştirak üçün dəvət edilib.

Partiyadan musavat.com-a verilən məlumata görə, dəvətlə bağlı rəhbərlikdə müzakirələr aparıldıqdan sonra rəsmi cavab veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol