6 nəfər silahlı şəxs şiə zəvvarlarını aparan avtobusa daxil olaraq atəş açmağa başlayıb
Pakistanın Kəraçi şəhərində bir qrup silahlının avtobusa hücumu nəticəsində azı 43 nəfər həlak olub. Kəraçi polisinin məlumatına görə, 6 nəfər silahlı şəxs şiə zəvvarlarını aparan avtobusa daxil olaraq atəş açmağa başlayıb. Hadisə nəticəsində 20 nəfərin yaralandığı bildirilir.
ANS PRESS-in məlumatına görə, yerli polis hadisənin hansı qruplaşma tərəfindən həyata keçirildiyini araşdırır. Silahlılar atəş açdıqdan sonra motosikletlərlə hadisə yerindən uzaqlaşıblar.
İlkin ehtimallara görə, hadisə Taliban qruplaşmasının Pakistan ərazisində fəaliyyət göstərən qolu tərəfindən həyata keçirilib.


Şərhlər