Menu

Ukraynada korrupsiyada ittiham olunan nazir müavini istefa verdi

13.05.2015, 23:07
Ukraynada korrupsiyada ittiham olunan nazir müavini istefa verdi

Ukraynanın daxili işlər nazirinin müavini Sergey Çebotar istefa verib. Musavat.com xəbər verir ki, nazir müavininin bəyanatı Ukrayna DİN-in saytında yerləşdirilib.

Bəyanatda deyilir ki, istefaya səbəb "KİV-də dərc olunan böhtan xarakterli sifarişli yazılar", eləcə də, onun ailə üzvlərinin izlənməsi, onlara qarşı təzyiqlərdir.

Sergey Çebotar korrupsiya, qulluq mövqeyindən sui-istifadə, səlahiyyət həddinin aşılması və digər hüquq pozuntularının prokurorluq tərəfindən dərindən araşdılrılmasında israr edir.

Xatırladaq ki, Ukrayna Ali Radasının komitəsi daxili işlər naziri Arsen Avakovun istefası təşəbbüsü ilə çıxış edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol