Böyük Britaniya, Almaniya, Fransa və həmçinin də Kanada, Yaponiya, Avstraliya özlərini ABŞ-ın vassalı kimi aparırlar
Məqalənin müəllifi Robert Pol Kreyq siyasi və iqtisadi məsələlər üzrə tanınmış amerikalı şərhçidir. R.P.Kreyq ABŞ–ın keçmiş prezidenti Ronald Reyqanın administrasiyasında Maliyyə nazirinin iqtisadi məsələlər üzrə köməkçisi işləyib. ABŞ-ın bir çox nüfuzlu qəzetlərinin redaktoru olub. AzPolitika.info Kreyqin “Moskva və Pekin vassallıq və müharibə arasında seçim etməlidir” adlı məqaləsinin tərcüməsini təqdim edir.

Bu il ABŞ-ın beynəlxalq əlaqələr şurası həmin doktrina əsasında Çin ilə münasibətlərə diqqət yetirilməsini nəzərdən keçirib. Hazırda Vaşinqton nüvə slahına sahib olan iki böyük dövlətin irəliyə getməsinin qarşısının kəsilməsi məsələsi ilə məşğul olmağa başlayıb.
Rusiya Obama hakimiyyəti tərəfindən Suriyaya qarşı hazırlanmış müdaxilə planının həyata keçirilməsinə və İranın bombalanmasına maneçilik törətdikdən sonra, neokonlar başa düşdülər ki, onlar Yaxın Şərqlə məşğul olduqları zaman, Putin Rusiya iqtisadiyyatını və ordusunu bərpa edə bilib. Bundan sonra onların nəzərləri Rusiyaya doğru istiqamətlənməyə başladı. Vaşinqton keçən on il ərzində Ukrayna siyasətinə üst-üstə beş milyard dollar pul xərcləyib. Elə məhz buna görə də Viktoriya Nuland və Cefri Payett Ukraynada yeni hökumət və vassal rejim yaratmağa müvəffəq oldular. ABŞ, həmçinin Rusiyanı Qara dəniz donanmasından məhrum etməyə ümid bəsləyirdi. Lakin Rusiya Krımı ələ keçirməyə qərar verdi. Əvvəlcə bu hadisə Vaşinqtonu məyus etmişdi. Ancaq sonra ABŞ, Krımın öz müqəddəratını həll etməsi məsələsini Rusiyanın ilhaqı adlandırdı. Amerika həmçinin bu hadisədən yararlanmqla, Avropa ilə Rusiya arasındakı iqtisadi və siyasi münasibətləri dağıdıb, Avropanı Rusiyaya qarşı sanksiyalar tətbiqinə vadar etdi.
Şübhəsiz ki, Vaşinqtonun Ukrayna və Gürcüstanı NATO-ya daxil etmək istəyi hərbi cəhətdən Moskvaya qarşı meydan oxunması deməkdir. Amerika özünü başqa dövlətlər üzərində xüsusi hegemon hüququna malik güc hesab edirsə, deməli bu dünyanın müharibəyə tərəf sürükləndiyi anlamına gəlir. Hazırda Rusiya və Çin vassal statusu ilə barışmaq niyyətində olmadıqlarını nümayiş etdirirlər. Artıq Böyük Britaniya, Almaniya, Fransa və həmçinin də Kanada, Yaponiya, Avstraliya özlərini ABŞ-ın vassalı kimi aparırlar.
Volfoviçin doktrinasından aydın olur ki, dünyadakı sülhün qiyməti hamı tərəfindən Vaşinqtonun hegemonluğunun qəbul edilməsindən asılıdır. Əgər dolların qüdrəti, Amerikanın gücü ilə birlikdə uçub dağılmazsa və ya Avropa özündə cəsarət tapıb, Vaşinqtondan uzaqlaşaraq, müstəqil xarici siyasət yürütməzsə, onda nüvə müharibəsi qaçılmaz olcaq. Çünkü avropalılardan fərqli olaraq, Moskva və Pekin ABŞ tərəfindən onlara qarşı yürüdülən siyasət və təbliğata qarşı birlik nümayiş etdirməyə və eyni zamnada da strateji alyans yaratmağa çalışırlar. Bu mənada Moskvada keçirilən 9 may Qələbə paradını dönüş nöqtəsi adlandırmaq mümkündür.
Qərb liderləri Moskvadakı bayram tədbirlərini boykot etdikləri halda, burada Çin öz yerini tutmuşdu. İkinci Dünya Müharibəsində Rusiya digər ölkələrə nisbətən daha çox qurban verib. Amma buna baxmayaraq, Qərb ölkələrində Qızıl Ordunun həmin rolu barəsində danışmaq istəmirlər. Ümumiyyətlə isə zaman keçdikcə həm Rusiya, həm də Çin başa düşürlər ki, onların gələcək dünyada yer tutmaları üçün vassallıq və müharibdən başqa yolları qalmayıb.
Çevirdi: Vaqif NƏSİBOV

Şərhlər