Menu

Bakı-Qazax yolunda ağır qəza - Yaralılar var

15.05.2015, 11:15
Bakı-Qazax yolunda ağır qəza - Yaralılar var

Baş verən yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb

Bu gün səhər saatlarında Bakı-Qazax magistral yolunda ağır yol qəzası baş verib. Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, yolun Göygöl rayonunun Hacıməlik kəndindən keçən hissəsində Qaradağ rayon sakini, 1965-ci il təvəllüdlü Çingiz Hüseynov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirməsi nəticəsində maşını yolun kənarına aşırıb.

Qəza nəticəsində sürücü və sərnişinlər xəsarət alıblar. Xəsarət alanlar, 1964-cü il təvəllüdlü Ənvər İbrahimov, 1977-ci il təvəllüdlü Mahir Quliyev, 1996-cı il təvəllüdlü Emin İbrahimov və 1965-ci il təvəllüdlü Əjdər Mirzalıyev xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol